Son zamanlar insanları ittiham etmək çox moda düşüb. Yoluxma artır - insanlar günahkardır. Gəlin bir nümunə danışım. Deməli karantin başlayandan bibimoğlu işə gedəndə maksimum məsafə saxlamağa (öz maşını ilə gedib gəlirdi) çalışırdı.Dövlət qurumların birində çalışır. İşi də açıq+
havadır. Elə bil ki, hər şey etmişdi. Amma necəsə işdə yoluxdu (başqa yerdə olmurdu), Evə gəldi və 6 nəfər birlikdə yaşadıqlarına görə, hamını yoluxdurdu. Özü güc-bəla ilə xəstəlikdən çıxdı. Amma bibim və ərinin vəziyyəti pisləşdi.
Zəng vurdular TTY-yə. Gəldilər və yalnız bibimdən test aldılar. Bəs qalanları? Vəziyyətləri pis deyil, götürmürük. Gün keçdi zad, nəticə yoxdur. İki günə vəziyyəti daha da pisləşdi. Artıq TTY-ni çağıra-çağıra qaldılar.
Yalnız təzyiq və s. nəticəsində bibimi və onun ərini (hətta testsiz, sadəcə belə baxıb koronavirus yazdılar) xəstəxanaya apardılar (Sabirabada aparmaq istəyirdilər, nəticədə Semaşkoya çatdırdılar). İndi bibimoğlu da bilmir, özü sağalıb ya yox.
Öyrənməyə cəhd etdi, dedilər ki, test götürmürük. Birbaşa simptom yoxdur. Belə özün gedib 100 AZN-ə test edə bilərsən. Dərmanlar və s. yazaq get özün al, rentgeni də gəl poliklinakada et. İndi insan fikirləşir ki, sağalmayıb.Amma onu evdən çıxmağa və harasa getməyə məcbur edirlər
O bunu etmək istəmir, amma məcburdur. Əks halda evdə 14 gün oturmaq qalır. Kimsə və necəsə kömək etməkdən də söhbət getmir (pulu tək qazanır). İş yerində də heç kimi yoxlamayıblar. Kim onu yoluxdurub - bəlli deyil. Ümumiyyətlə təması müəyyən etmək üçün heç nə etməyiblər.
Ən məntiqlisi "zənciri" qırmaq istəyirsinizsə, təması müəyyən edin. Xeyr. Heç kimdən heç nə soruşmayıblar. Belə yol ilə hansı xəstəliyə qalib gəlmək olar?
You can follow @ToghrulValiyev.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: